26 yaşıma kimi öyrəndiyim bəzi şeylər
2 min readJun 13
--
- Gördüyün işi başqasını məmnun etmək üçün yox, prosesdən zövq alaraq özün üçün əlindən gələnin ən yaxşına çalışaraq et. Mütləq kimin üçünsə edirsənsə faydalı olmaq qoy adını. Nəticədə məmnuniyyətsiz insanlar səni incidə bilməyəcək, çünki əlindən gələni etdiyini sən biləcəksən.
- Özünün yanında olmağı özünə xatırlat. Bu həyatda özünə edə biləcəyin və etməli olduğun ən önəmli şey bu.
- Dəyərlərinlə davranışlarını parallel aparmağa çalış. Ya göründüyün kimi ol, ya olduğun kimi görün sözünün anlamını sözün əsl mənasında dərk edirəm.
- Köməyin istənməyibsə içindən gəlirsə təklif edə bilərsən, amma israr etmə. Enerjini başqa şeylərə ayıra bilərsən.
- İnsanlarla mübahisədən uzaq dur. Şiddətli mübahisələr nə qədər uzansa da qalib tərəf heç vaxt olmur. Heç kəs dayanıb a sən həqiqətən də doğrusan deməyib mübahisə anında. Həmin mühitdən uzaqlaş, özünlə qalaraq özünə və qarşındakına olanları və özünü analiz etməyə zaman ver.
- Münasibət qurmaqda çətinlik çəkdiyin insanlarla yetişkin (olgun) olmalı olduğunu özünə xatırlat. Yetişkin olmaq – davranışını qarşındakı insanın davranışına uyğun olaraq deyil də, öz dəyər və inanclarına görə tənzimləməkdir deyə fikirləşirəm. Axınla getmək yerinə, kürəkləri əlinə almaq. Yəqinki bu elə də asan iş deyil 🙂
Kiminsə belə listini oxuyanda hələ bu yaşda öyrənib bunları?! deyə təəccübləndiyim olmamış deyil. Mənim yazdıqlarım haqqında da eyni fikirdə olanlar olacaq yəqinki. Bu hansısa kitabı birinin 20 yaşında sevməyib, 30 yaşında sevməyi kimi bir şeydir. Bu yazını özümə hesabat kimi qəbul edirəm. Yaşam prosesimdən çıxartdığım nəticələr.