CSS class, Id, yoxsa inline-style?

--

CSS ilə elementlərə dizayn verərkən diqqət etməli olduğumuz məqamlar var. Təsəvvür edək ki, bir

<div class="esas_class" id="esas_id">Some Text</div>

belə bir div blokumuz var. Biz bu blokun background-color’ını həm div, həm class, həm id daxilində fərqli rənglərə dəyişsək, nəticədə hansı əsas götürüləcək? Hər birinə ballar verməklə təqribi müqayisə etsək:

element(mese:div)- 1
class - 10
id - 100
inline-style - 1000
!important - 10000+

sıralama bu şəkildə olar.

--

--

Zərifə Rəsullu