Günlük plana niyə uymuruq?

Zərifə Rəsullu
1 min readDec 30, 2020

--

Yeni il gəlir. Bir çoxumuz artıq yeni məqsədlərimiz və planlarımızı təyin etməyə başlamışıq. Və yəqin ki, o yazılanların həyata keçmədiyi illər də çox olub.. Bəs necə edək ki, bu il fərqli olsun? :)

Nəyinsə daha yaxşı olmasını istəyiriksə, əvvəlcə onu nəyin daha pis etdiyini görməliyik məncə..

Söhbəti çox uzatmadan bir üsul haqqında yazmaq istəyirəm. Bu üsul

-“Səhər oyanıram, bir də görürəm ki, axşam olub, heç bir iş də görə bilmirəm. Boşa keçən günlər..”

deyənlərin işinə yarayacaq. Bilmək istəyirsinizmi ki bu günlər hara gedir? Siz əslində nə edirsiz gün ərzində?

chart

David Burns “Yaxşı hiss etmək” kitabında möhtəşəm bir cədvəl paylaşıb. Mən də bunu sizlə paylaşmaq istəyirəm.(Həyatımın müəyyən bir dönəmində tətbiq edib yararını görmüşəm) Deməli. Bir vərəq götürürsüz və onu şəkildə göründüyü kimi 3 hissəyə ayırırsınız. Əvvəlcə saat aralığını-məsələn: 13:00–14:00. Ikinci sütünda sabah o saatlarda nə edəcəyinizi, daha sonra isə son sütunda səhəri gün gün ərzində əslində o saatlarda nə etdiyinizi yazırsınız. Bunu bir müddət təkrar edin. O qədər asan bir şeydir ki, heç bir məcburiyyət yoxdur. Özünüzlə hesablaşma kimi qəbul edə bilərsiz. 1 həftə bu cədvəli doldurub, nəticədə statistika hazırlaya bilərsiz. Mən əslində nə etmək istəyirdim? Nə icazə vermədi ki, mən bu şeyi edim? Bundan sonrası isə sizə qalmış :)

--

--

Zərifə Rəsullu